Logo
    main-post-cover

    Apple öz elektromobilini 2028-ci ildə təqdim edə bilər

    Nəqliyyat
    24.01.2024
    Emil
          İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti öz elektromobili üzərində çalışır. Apple şirkətinin bu layihəsi barəsində uzun müddət məlumat yox idi. Lakin indi Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple elektromobili barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Apple ilk əvvəl öz elektromobilini tamamilə avtonom etməyə hədəflənmişdi. Yəni elektromobildə sükanın olmaması planlaşdırılırdı. Nəticədə elektromobil yalnız avtopilot vasitəsilə idarə olunmalı idi. Lakin Gurman bildirib ki, Appel bu ideyadan imtina edib. Məlumata əsasən Apple hal-hazırda daha sadə funksiyalara sahib elektromobil üzərində çalışır.
         Çox güman ki, Apple elektromobili Tesla elektromobillərində olduğu kimi 2+ səviyyəli avtopilot sistemini əldə edəcək. Yəni elektromobil fərdi şəkildə avtomobil yollarında hərəkət edə və sürücünün yardımı olmadan park oluna biləcək. Bununla yanaşı Gurman bildirib ki, şirkət öz elektromobilini bazarda təqdim etməyə tələsmir. Onun sözlərinə əsasən Apple elektromobilini 2026-cı ildə gözləmək lazım deyil. Ola bilsin ki, şirkət öz elektromobilini 2028-ci ildə təqdim edəcək. Gurman-ın fikrincə hal-hazırda Apple elektromobili üçün dönüş nöqtəsi ola biləcək zamandır. Belə ki, əgər Apple mühəndisləri sadə funksiyalara sahib elektromobili hazırlaya bilməsələr, şirkət çox güman ki, bu layihəyə sıfırdan nəzər yetirəcək və ya onu ümumiyyətlə ləğv edəcək.
    Paylaş