Avtomobili avtopilot rejimində idarə edən yatmış Tesla sürücüsü polis tərəfindən saxlanılıb!
Nəqliyyat
30.04.2024
Farid Pardashunas
İsveçdə baş verən çox maraqlı hadisədə Tesla sürücüsü avtomobilini avtopilota qoyaraq yuxuya gedib və 40 km yol getdikdən sonra polis tərəfindən saxlanılıb.
Son illərdə avtonom idarəetmə sistemləri avtomobillərdə geniş yayılmışdır. Bəzi istifadəçilər sürməyi asanlaşdıran bu köməkçi sistemlərə hədsiz etibar edirlər. Bunun ən maraqlı nümunələrindən biri İsveçdə baş verib. Tesla sürücüsü avtopilot rejimində olan avtomobilində yuxuya gedib və 40 km yol getdikdən sonra polis tərəfindən saxlanılıb. Adı açıqlanmayan və çatdırılma sürücüsü olduğu bildirilən şəxs, Tesla Model X avtomobilində heç kimin yanından keçmədən sol zolaqda hərəkət edərkən başqa bir Tesla sürücüsü tərəfindən diqqət çəkib. Nəqliyyat vasitəsinə yaxınlaşan sürücü həmin şəxsin sükan arxasında yuxuya getdiyini görüb və dərhal polisə müraciət edib.
Polis, Model X-i saxladığı zaman ilk xəbər verildiyi vaxtdan bu yana avtomobil artıq 26 km yol qət etmişdi. Lakin polisin bütün səylərinə baxmayaraq, sürücünü oyatmaq mümkün olmayıb. Bir müddət sonra kortəbii şəkildə oyanan sürücü polisləri görən zaman qorxaraq rulu sağa döndərməyə başlayıb və yanlışlıqla polis maşınlarını vurmaqdan son anda qaça bilib. Daha sonra yanacaqdoldurma məntəqəsinə yaxınlaşan avtomobilin sürücüsü saxlanılıb. Sürücü polisə gecələr yata bilmədiyini və avtomobili geri qaytarmaq məcburiyyətində qaldığı üçün stress keçirdiyini bildirib. Hətta yol boyu bir gözünün açıq olduğunu iddia etsə də, bir müddət sonra ifadəsini dəyişib. Polisin dindirilməsi zamanı yorğun olduğunu və çox utandığını deyən sürücü avtopilotun onu rahatlatdığını, bu səbəbdən yuxuya getdiyini bildirib.
Normal şəraitdə, avtopilot kimi sürücünün köməkçi sistemləri işə salındıqda, sürücülər sükanı tutmalı və gözlərini yolda saxlamalıdırlar. Əks halda, sistem xəbərdarlıq edib avtomobili kənara çəkə bilər. Bununla belə, bu sistemləri avtomobil rullarına çəki qoymaqla da aldatmaq mümkündür. İsveçli sürücünün avtomobilinin 2019 model Tesla olduğu bildirilir. Buna görə də, kameranın yuxuda olan sürücünü aşkar etmək imkanı olmaya bilər. ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) dekabr ayında Tesla-ya xəbərdarlıq etmişdi ki, sürücü əllərini sükandan çəkdikdə və yola diqqət etmədikdə, onun avtopilot proqramı sürücüyə daha çox xəbərdarlıq etməlidir. ABŞ-da bu xəbərdarlıqdan sonra edilən yeniləmənin yuxuda olan sürücünün avtomobilində edilib-edilmədiyi isə məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Tesla-nın pilotsuz taksi nəlqiyyat növünün necə adlanacağı məlum olub
Bir neçə müddət bundan öncə məlum oldu ki, Tesla şirkəti öz pilotsuz taksisini hazırlayacaq.
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ
Tesla şirkəti özünün Model 3 elektromobilinin ən güclü versiyasını təqdim edib. Model 3-ün sözügedən versiyası Model 3 Performance adlanır.
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə insana bənzər reobotlar yaxın gələcəkdə müxtəlif sahələrdə inqilab yaradaraq kütləvi məhsula çevriləcəklər.
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti öz işçilərinin 10%-ni ixtisar edəcək.
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Son zamanlarda Tesla elektromobillərinin satışları və gəlirləri aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən şirkət öz büdcəli elektromobil ideyasından da imtina edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!