
Bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək insansız taksiləri trollayıb! (Video)
Nəqliyyat
24.04.2024
Aslan
ABŞ-da yaşayan bir TikToker üzərində yol nişanının şəkli olan köynək geyinərək avtonom avtomobilləri trollayıb və bu anları öz sosial media hesabında paylaşıb.
TikTok istifadəçisi “jasonbcarr” və ona kömək edən dostu çox maraqlı bir üsulla sürücüsüz avtonom avtomobillərini trol etməyi bacarıb. Bu trolun təməlində üzərində dayanma işarəsi dizaynına bənzəyən şəkil olan bir köynək dayanır. Bu köynək sürücüsüz nəqliyyat vasitələrinin qavrayış sistemlərini çaşdırmağı bacarıb. Səkidə dayanan və bu köynəyi geyinən “jasonbcarr” müxtəlif ssenarilərdə çoxsaylı "Waymo Jaguar I-Pace" avtomobillərini dayandıra bilib. Bu hadisə sosial mediada sürücüsüz nəqliyyat vasitələrinin texnoloji limitləri və kəşfiyyat səviyyələrinin sorğulanmasına səbəb olub.
Bu görüntülər olduqca yumoristik şəkildə görsənsə də, bu şəkildə sürücüsüz avtomobilləri sadə bir hiylə ilə dayandırmağın mümkün olduğunu görürük. Bu da onu göstərir ki, süni intellekt və avtonom avtomobil texnologiyası hələ də insanın intellekt səviyyəsinə çatmayıb və müəyyən vəziyyətləri yanlış şərh edib bu cür sadə hiylələrə aldana bilir.
Paylaş
Bənzər xəbərlər

Sosial Media
ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşıb
Keçən həftənin sonunda ABŞ hökuməti öz ərazisində TikTok-un qadağan olunmasına bir addım daha yaxınlaşdı.

Sosial Media
TikTok üçün istifadəçi səsinin klonlaşdırılması funksiyası hazırlanır
TikTok-un Android üçün olan tətbiqinin son versiyasında yeni funksiyaya dair kod sətrləri aşkar edilib.

Sosial Media
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, TikTok fotoların mübadiləsi üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiqini istifadəyə verməyə hazırlaşır.

Sosial Media
TikTok Instagram analoqunu istifadəyə verməyə hazırlaşır
The Verge saytının vermiş olduğu məlumata əsasən TikTok yaxın zamanda öz yeni məhsulunu anons edəcək.

Sosial Media
TikTok 2023-cü ildə Azərbaycanda 2 milyondan çox videonu silib!
Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin təhlükəsizliyini mütləq prioritet hesab edir və insanların yaradcılıqlarını göstərə, bir araya gələ və yeni biliklər qazana biləcəyi xoş mühit yaradır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
