main-post-cover

    BMW avtomobillərə tibbi texnologiyaların inteqrasiyasına hədəflənib

    Nəqliyyat
    13.12.2024
    Emil Nəcəfov
         BMW Group şirkəti Almaniyanın Charite adlı tibb müəssisəsi ilə birlikdə unikal tədqiqata start verib. Aparılan tədqiqat tibbi texnologiyaların avtomobillərə inteqrasiyasına hədəflənib və onun əsas məqsədi ürək tutması və insult kimi ürək-damar risklərinin öncədən proqnozlaşdırılması üsullarının yaradılmasıdır. BMW Group şirkəti ilə Charite tibb müəssisəsi arasında əməkdaşlıq süni zəka, avtomobillər və rəqəmsal tibb sahəsindəki innovasiyalardan təşkil edilib.
          Müasir avtomobillərdə olan sensorlar sürücü və sərnişinlərin vəziyyətləri barəsində məlumatları daimi şəkildə yığa və onları analiz edə bilirlər. Charite tibb müəssisəsinin CEO-su Heyo K. Kroemer hesab edir ki, avtomobillərdəki bu özəllik orta müddətli perspektivdə profilaktika və fövqəladə vəziyyətlər barəsində xəbərdarlıq imkanlarını yaxşılaşdıracaq. BMW Group ilə Charite arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində mühəndislər və tibbi mütəxəssislər aşağıdakı istiqamətlər üzrə çalışacaqlar.
    - Sürücüyə yardım üçün nəzərdə tutulmuş intellektual sistemin hazırlanması
    - Məlumatların qorunması tələblərinə cavab verən arxitekturaların hazırlanması
    - Avtomobil parametrlərinin insan səhhətinə təsirlərinin araşdırılması
    - Sürücülərin sağlamlıqlarının yaxşılaşdırılmasına istiqamətlənmiş profilaktik tədbirlərin hazırlanması.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    BMW, Need For Speed-in 30 illiyi şərəfinə "M3 GTR" modelini reallığa çevirəcək!
    bmw-need-for-speed-in-30-illiyi-serefine-m3-gtr-modelini-realliga-cevirecek
    BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
    bmw-de-calisan-insanabenzer-robot-figure-un-videosu-yayimlanib
    BMW zavodlarından birində insana bənzər robotlar çalışacaqlar
    bmw-zavodlarindan-birinde-insana-benzer-robotlar-calisacaqlar