Logo
    main-post-cover

    BMW avtomobillərində sürücülərə Spider-Man reklamı göstərməyə başlayıb

        BMW yeni marketinq kampaniyası çərçivəsində bəzi avtomobillərinin multimedia sistemində "Spider-Man: Brand New Day" filminin reklamını göstərməyə başlayıb. Şirkətin "xüsusi sürpriz" adlandırdığı bu yenilik isə bir çox istifadəçinin narazılığına səbəb olub. BMW təsdiqləyib ki, reklamlar Marvel ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və 27 iyul–10 avqust tarixləri arasında təqdim olunur. Kampaniya 2020-ci ilin iyul ayından sonra istehsal edilmiş, BMW Operating System 7, 8, 8.5, 9 və ya X əməliyyat sistemi ilə təchiz olunan avtomobillərdə, ümumilikdə 70-dən çox ölkədə aktivdir.
        Avtomobil işə salındıqda multimedia ekranında Spider-Man filmi ilə bağlı banner görünür. Reklama toxunduqda isə Hörümçək Adamın BMW iX3 elektromobili ətrafında hərəkət etdiyi tam ekran animasiyası açılır. Avtomobildə ambient işıqlandırma sistemi varsa, animasiya işıq effektləri ilə də müşayiət olunur. İstifadəçi həmin anda reklama baxmasa belə, o sonradan multimedia sistemində ayrıca tətbiq kimi saxlanılır. BMW reklamın avtomatik açılmadığını bildirsə də, bir çox sürücü artıq pulunu ödədiyi avtomobildə reklam göstərilməsini düzgün hesab etmir. Xüsusilə də BMW Group-un rəhbərlərindən Stephan Durach daha əvvəl şirkətin avtomobillərdə reklam göstərməyəcəyini açıqlamışdı.
    Paylaş