BMW, Need For Speed-in 30 illiyi şərəfinə "M3 GTR" modelini reallığa çevirəcək!
Nəqliyyat
28.11.2024
Farid Pardashunas
BMW, Need for Speed seriyasının 30 illiyini qeyd edir. 2005-ci ilin əfsanəsi BMW M3 GTR reallığa çevrilərək təqdim olunacaq. Avtomobil 2025-ci ilin yanvarın 6-dək Münhendə BMW Welt-də nümayiş olacaq.
BMW M3 GTR-nin hekayəsi əslində 2000-ci illərin əvvəllərində Amerika Le Mans seriyası yarışlarında başlamışdı. BMW, bu yarışlara qatılmaq üçün hazırladığı yarış avtomobilinin yol versiyasını istehsal etməli oldu. M3 GTR Strassenversion adlanan bu modeldən cəmi 10 ədəd istehsal edilmişdi. Hər biri həmin dövrün standart M3 modelindən daha yüngül və daha güclü idi.
İndi isə keçək əsas məsələyə. Avtomobilin ürəyində BMW-nin başqa heç bir yol avtomobilində istifadə etmədiyi 4.0 litrlik V8 mühərrik yerləşir. Bu mühərrik 346 at gücü və 365 Nm fırlanma anı hasil edərək avtomobili 295 km/saat sürətə çatdırır. Bu göstərici standart M3 modelindən 15 km/saat daha çoxdur. 6 pilləli mexaniki ötürmə qutusu və məhdud sürüşmə diferensialı ilə təchiz olunan M3 GTR əsl mühəndislik möcüzəsi idi. Cəmi 1350 kiloqram çəkisi olan M3 GTR standart E46 M3 modelindən 185 kiloqram daha yüngüldür. Titan Silver Metallic rəngində istehsal olunan avtomobil karbon lifli gövdə panellərinə və 19 düymlük disklərə malikdir. Təkər ölçüləri isə ön tərəfdə 225/40, arxa tərəfdə 255/35-dir.
Qısası, M3 GTR təkcə yarış meydançalarında və yollarda deyil, rəqəmsal dünyada da böyük təsir bağışlayıb. Need for Speed: Most Wanted oyununda başlayan macərası seriyanın digər oyunlarında da davam edib. BMW-nin bu xüsusi modeli həm avtomobil həvəskarları, həm də oyunçular üçün kult bir simvola çevrilib. Buna görə də bu avtomobilin yeri həmişə xüsusi qalacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
BMW-də çalışan insanabənzər robot Figure-un videosu yayımlanıb!
Bu yaxınlarda Figure AI-nin insanabənzər robotu Figure 01, avtomobil nəhəngi BMW-də işləməyə başlamışdı. Şirkət, indi robotun nə etdiyinə dair qısa bir video paylaşaraq robotun gələcəyinin qısa xülasəsini göstərib.
BMW zavodlarından birində insana bənzər robotlar çalışacaqlar
BMW zavodlarından birində insana bənzər robotlar çalışacaqlar
Robototexnika sahəsində fəaliyyət göstərən Figure adlı startap BMW şirkəti ilə partnyorluq müqaviləsi bağlayıb.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!