
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Xiaomi bu gün öz yeni məhsullarını təqdim edəcək. Təqdim ediləcək məhsullar arasında Xiaomi MIX Fold 4, MIX Flip, Redmi K70 Ultra smartfonları və Smart Band 9 smart qolbağı olacaq. Lakin məlum olub ki, bunlar Xiaomi tərəfindən təqdim ediləcək yeganə məhsullar olmayacaq. Belə ki, Xiaomi-nin CEO-su Lei Jun-un sözlərinə əsasən şirkət həmçinin özünün SU7 elektromobilinin idman versiyasını da təqdim edəcək. Öz sözlərini şirkət CEO-su elektromobilin idman versiyasının bir hissəsinin əks olunduğu fotonu da təqdim edib. Təqdim edilmiş fotoda görmək olar ki, Xiaomi SU7-nin idman versiyasının arxa hissəsində spoyler yerləşəcək. Elektromobilin idman versiyasının adi versiyadan nə ilə fərqlənəcəyi tam aydın deyil.

Paylaş