BYD-dən ekstremal batareya testi: 9 gündə 350 dəfə şarj
BYD elektrikli avtomobillərdə ultra-sürətli şarjın batareyaya təsirini yoxlamaq üçün olduqca ağır sınaq həyata keçirib. Şirkət Yangwang U7 modelini cəmi 9 gün ərzində 30 min kilometr sürüb və avtomobili bu müddətdə 350 dəfə ultra-sürətli şarj edib. BYD-nin açıqlamasına görə, sınaqdan sonra avtomobilin batareyası ilkin tutumunun 98,7 %-ni qoruyub. Yəni son dərəcə intensiv istifadə və yüzlərlə sürətli şarjdan sonra batareyanın tutum itkisi cəmi 1,3 % olub.
Sınağın nəticəsi diqqətçəkən olsa da, 9 günlük intensiv istifadə batareyanın uzun illər ərzində necə köhnələcəyini tam göstərmir. Bu məsələ Avropada xüsusilə aktualdır. Euro 7 qaydalarına əsasən, yeni elektrikli avtomobillərin batareyaları 5 il və ya 100 min kilometrdən sonra ilkin tutumunun ən azı 80 %-ni, 8 il və ya 160 min kilometrdən sonra isə ən azı 72 %-ni saxlamalıdır. Yeni avtomobil tipləri üçün bu tələblər 29 noyabr 2026-cı ildən, bütün yeni satılan avtomobillər üçün isə 29 noyabr 2027-ci ildən qüvvəyə minəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...