
Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib
Nəqliyyat
04.02.2025
Emil
Xiaomi hələ dekabr ayında YU7 adlı elektromobilini sərgiləmişdi, lakin onun texniki xüsusiyyətləri barəsində demək olar ki, heç bir məlumat paylaşmamışdı. Xiaomi-nin yerinə bunu başqa təmsilçi edib. Belə ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (MIIT) bu sirri qismən açıb və avtomobilin əsas xüsusiyyətləri məlum olub. Mənbənin məlumatına görə, YU7 həm arxa, həm də tam ötürücülü versiyalarda təqdim olunacaq. Tam ötürücülü versiya modifikasiyadan asılı olaraq CLTC metodikasına görə növbəti yürüş məsafələrinə malik olacaq: 670 km, 750 km və 760 km.

CarNewsChina saytının məlumatına əsasən elektromobilin ön mühərrikinin gücü 295 at gücü, arxa mühərrikinin gücü is 386 at gücü təşkil edir. Xiaomi YU7-nin maksimal sürəti saatda 253 km-dir. Onun bütün versiyalarının çəkisi isə 2405 kq-dır. Elektromobilin uzunluğu 4999 mm, eni 1996 mm, hündürlüyü 1600 mm, təkər bazası isə 3000 mm təşkil edir. Arxa ötürücülü modifikasiya ilə bağlı hələ rəsmi məlumat yoxdur.
Şayiələrə görə, bu versiya 315 at gücünə malik tək mühərriklə təchiz ediləcək və litium-dəmir-fosfat (LFP) batareyalarından istifadə edəcək. Bu variantın maksimal sürətinin saatda 240 km təşkil edəcəyi gözlənilir. Bəzi məlumatlara görə, YU7 modeli 3 versiyada təqdim oluna bilər. Standard, Pro və Max. Elektromobilə həmçinin lidar əsaslı sürücüyə yardım sistemi və böyük salon ekranı quraşdırılmalıdır. Gözlənilir ki, Xiaomi YU7 bu yay Çində satışa çıxacaq və onun qiyməti 34 500$-dan start götürəcək.
Mənbə: Carnewschina
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib
Xiaomi yaxın zamanda Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etməlidir. Böyük ehtimal ilə smartfon ilk növbədə Çin bazarında daha sonra isə qlobal bazarda təqdim ediləcək. Məlum olub ki, Xiaomi 15 Ultra-nın qlobal versiyası ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçib.

Cihazlar+
Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır
Technote.az CNET platformasına istinadən bildirir ki, Xiaomi 15 Ultra smartfonu ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bu cihazın 2025-ci ildə ən yaxşı kamera smartfonlarından biri olacağı gözlənilir.

Cihazlar+
Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır
Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Xiaomi-nin adı bəlli olmayan yeni smartfonu ortaya çıxıb. Ortaya çıxmış smartfon 25042PN24C model nömrəsinə sahibdir.

Cihazlar+
Təqdimata hazırlaşan Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb
Keçən həftə Xiaomi-nin prezidenti rəsmi şəkildə təsdiqlədi ki, Xiaomi 15 Ultra artıq yaxın zamanda təqdim olunacaq və o, Çində təqdim olunandan qısa müddət sonra həmçinin qlobal bazarda da satışa çıxacaq.

Cihazlar+
Bu il nazik gövdəli smartfonların ili olacaq
Görünür, bu il nazik gövdəli smartfonların ili olacaq. Samsung 22 yanvar tarixində Galaxy Unpacked 2025 tədbirinin sonunda nazik gövdəli Galaxy S25 Edge smartfonunu anons etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
