
Daha bir dövrün sonu: Dodge Challenger-in istehsalı dayandırılıb
Nəqliyyat
25.12.2023
Emil
22 dekabr tarixində Dodge avtomobil brendi Challenger avtomobil modelinin istehsalını dayandırdı. Bu, sözügedən avtomobil modelinin əsas rəqibi olan Chevrolet Camaro-nun istehsalının dayandırılmasından 1 həftə sonra baş verdi. Sonuncu Challenger modeli məhdud sayda istehsal edilmiş SRT Demon 170 adlı seriyaya daxil idi. Dodge brendi istehsal edilmiş sonuncu Challenger-in muzeyə göndərildiyini və ya satıldığını açıqlamayıb. Qeyd etmək lazımdır ki, SRT Demon 170 final seriyası bu ilin mart ayında təqdim edilmişdi. O özündə 6.2 litrlik V8 turbin motorunu birləşdirir və benzinlə çalışdığı halda 900 at gücü, etanol ilə çalışdığı halda isə 1025 at gücü sərgiləyir. Məlumata əsasən Challenger-i tamamilə başqa avtomobil modeli əvəz edəcək. Söhbət, elektromobildən gedir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
