Daha bir dövrün sonu: Dodge Charger avtomobil modelinin istehsalı dayandırılıb
Nəqliyyat
29.12.2023
Emil Nəcəfov
Bu həftənin əvvəlində məlum oldu ki, Dodge avtomobil brendi özünün Challenger adlı avtomobil modelinin istehsalını dayandırıb. İndi isə sözügedən avtomobil brendinin daha bir avtomobil modelinin istehsalının dayandırıldığı məlum olub. Söhbət, Dodge Charger-dən gedir. Məlumata əsasən sonuncu Dodge Charger modeli 22 dekabr tarixində istehsal olundu. Qeyd etmək lazımdır ki, Dodge Charger-in son versiyası Scat Pack Widebody adlı versiya idi. O özündə 492 at gücünə sahib 6.2 litrlik V8 mühərrikini birləşdirir və saatda 96 km sürəti 4.3 saniyəyə yığır. Çox güman ki, Dodge Charger elektrikli sedan ilə əvəz ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Daha bir dövrün sonu: Dodge Challenger-in istehsalı dayandırılıb
Daha bir dövrün sonu: Dodge Challenger-in istehsalı dayandırılıb
22 dekabr tarixində Dodge avtomobil brendi Challenger avtomobil modelinin istehsalını dayandırdı.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!