Donald Trump ikinci dəfə prezident seçiləcəyi halda elektromobil satışlarını dayandırmaq niyyətindədir
Nəqliyyat
31.05.2024
Emil Nəcəfov
ABŞ-ın keçmiş prezidenti və bu il baş tutacaq prezident seçkilərinə yenidən namizəd olan Donald Trump bildirib ki, o, yenidən prezident seçiləcəyi təqdirdə elektromobil satışlarını dayandırmaq niyyətindədir. Trump neft-qaz sektorunun liderlərini öz seçkiqabağı kampaniyasına investisiyalar yatırmağa çağırıb. Bunun müqabilində o, ABŞ-ın hal-hazırkı prezidenti Joe Biden-in administrasiyasının iqlim siyasətini ləğv etməyə söz verib. Əgər Trump yenidən prezident seçilsə, o, eqzos borularından olan tullantılar ilə bağlı məqsədləri ləğv etməyi və elektromobillərə olan vergi güzəştlərini ixtisar etməyi planlaşdırır.
Trump-ın 2016-cı ildə ilk dəfə ABŞ prezidenti seçilməsindən indiyədək avtomobil bazarı olduqca dəyişib. Elektromobil bazarı son 8 ildə çox böyüyüb. 2016-cı ildə ABŞ-da ümumilikdə cəmi 159 139 ədəd elektromobil satılmışdı. 2024-cü ildə isə ümumilikdə 1.5 milyon ədəd elektromobilin satılacağı gözlənilir. Bu isə ölkədəki yeni avtomobillərin 10%-i təşkil edəcək. Ford Motor şirkətinin icra başçısı William Clay Ford Jr. bildirib ki, şirkətin planlaması seçki nəticələrinin əhatə etdiyi müddətdən daha uzun zaman aralığına hədəflənir.
Joe Biden-in ölkədəki inflyasiyanın aşağı salınmasına hədəflənmiş qanun layihəsinin ABŞ istehsalat sahəsinə stimullaşdırdığı investisiyalar Trump-ın potensial ikinci prezidentlik dövründə də davam edəcək. Məsələn Hyundai şirkəti ABŞ-ın Corciya ştatındakı elektromobil istehsalına 13 milyard dollar investisiya yatırır. Avtomobil istehsalçılarından, şarj qurğularının istehsalı ilə məşğul olan şirkətlərdən, diler şəbəkələrindən və reklam şirkətlərindən olan milyardlarla dollar investisiyaları nəzərə alsaq, çətin ki, Trump elektromobil bazarını dayandıra bilsin. Üstəlik elektromobillər həm demokratlar həm də respublikaçılar arasında çox məşhurdurlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!