Logo
    main-post-cover

    Ford və Renault ucuz EV istehsalı üçün strateji əməkdaşlığa başlayıb

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Ford-un baş direktoru Jim Farley Avropada rəqabətdə qalmağın şirkət üçün həyati əhəmiyyət daşıdığını bildirərək, avtomobil sənayesində “həyat uğrunda mübarizə apardıqlarını” deyib. Bu təzyiqin əsas səbəblərindən biri də BYD və SAIC Motor kimi Çin istehsalçılarının Avropa bazarında getdikcə daha çox pay qazanmasıdır.
         Bu çətinliklər fonunda Ford və Fransanın Renault Qrupu yeni strateji əməkdaşlıq elan edib. Şirkətlər 2028-ci ildə Avropa bazarı üçün iki əlçatan qiymətli Ford markalı elektrikli avtomobil hazırlayacaq. Dizayn prosesinə Ford rəhbərlik edəcək, istehsal isə Renault-nun Fransanın şimalındakı zavodunda həyata keçiriləcək. Avtomobillər Renault-un Ampere adlı elektrik platforması üzərində qurulacaq.
        Bu əməkdaşlıq Ford-un Avropada növbəti transformasiya  mərhələsinin bir hissəsidir. Şirkət bu strategiya ilə daha çevik və daha az xərcli fəaliyyət göstərməyi, eyni zamanda Çin rəqiblərinə qarşı mövqeyini gücləndirməyi məqsəd qoyur.
    Paylaş