Logo
    main-post-cover

    Huawei öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil

    Nəqliyyat
    04.07.2024
    Emil
        Görünür, Huawei şirkəti elektromobillər ilə bağlı strategiyasını “qızıl hərisliyi zamanında ən sərfəlisi kürək satmaqdır” qaydası üzərində qurur. Belə ki, şirkət ümumi trendə qoşulmaq və öz brendi altında elektromobil istehsal etmək niyyətində deyil. Bunun yerinə şirkət digər elektromobil istehsalçılarına öz aparıcı texnologiyalarını təqdim etmək strategiyası ilə getmək niyyətindədir. Son məlumatlara əsasən Huawei Çinin avtomobil istehsalçısı olan SeresWenjie əmtəə nişanını və onunla bağlı aktivləri 350 milyon dollara satacaq.
         Bununla belə şirkət nümayəndələri bildiriblər ki, o bu əmtəə nişanı altında olacaq məhsullara texnoloji dəstəyi təqdim etməyə davam edəcək. Qeyd etmək lazımdır ki, Huawei daha öncə Chery BAIC də daxil olmaqla Çinin digər yerli avtomobil istehsalçılarına öz əmtəə nişanlarını satmışdı. 2020-ci ildə isə Huawei CEO-su rəsmi şəkildə açıqlamışdı ki, şirkət öz fərdi avtomobilini istehsal etməyi planlaşdırmır. Beləliklə şirkət hal-hazırda böyük rəqabətin olduğu avtomobil bazarına daxil olmaq niyyətində deyil. Bu rəqabət əsasən də Çində çox yüksəkdir. Bunun əvəzinə Huawei avtomobil istehsalçılarına proqram və aparat təminatı texnologiyalarını satacaq.
    Paylaş