Logo
    main-post-cover

    İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)

    Nəqliyyat
    08.05.2025
    Emil
         98 yaşlı britaniyalı İkinci Dünya Müharibəsi veteranı Ken Turner, Tesla Model 3 elektrik sedanını Sherman tankı ilə məhv edib. O bununla Tesla şirkətinin rəhbəri milyarder Elon Musk-ın siyasi fəaliyyətləri ilə razı olmadığını nümayiş etdirib. Turner bildirib ki, o, faşizmin yaranmasını görüb və indi onun geri dönüşünü müşahidə edir. Tankçının sözlərinə görə, dünyanın ən varlı adamı olan Musk öz pulunu və nüfuzunu Avropada ultrasağ partiyaları dəstəkləmək üçün istifadə edir. “Biz bir dəfə faşizmi məğlub etmişik və yenidən məğlub edəcəyik” - deyə o, döyüş maşınına əyləşməzdən əvvəl əlavə edib.
         Qeyd etmək lazımdır ki, bu video Britaniyanın siyasi qrupu olan "Led By Donkeys" YouTube kanalında yerləşdirilib. Bu qrup daha əvvəl Tesla-nın Berlin-Brandenburqdakı Gigafactory zavodu yaxınlığında keçirilmiş performansla əlaqələndirilmişdi. Xatırladaq ki, bu ilin yanvar ayında aktivistlər proyektor vasitəsilə zavodun fasadında Donald Trump-ın andiçməsindən sonra Vaşinqtondakı mitinqdə çəkilmiş, Elon Musk-ın nasist salamı verdiyini iddia edən bir fotonu nümayiş etdirmişdilər. Lakin yerli polis və zavodun mühafizə xidməti bu aksiyanın həqiqətən baş tutduğunu təsdiqləyə bilməmişdi.
    Paylaş