Logo
    main-post-cover

    Jony Ive-ın dizayn etdiyi ilk Ferrari Luce 40 milyon dollara satılıb

        Ferrari-nin ilk seriya istehsalı elektrik avtomobili olan Ferrari Luce-un ilk nüsxəsi hərracda 40 milyon dollara satılıb. Avtomobilin dizaynının hazırlanmasında Apple-ın keçmiş baş dizayneri Jony Ive və onun LoveFrom studiyası iştirak edib. “Chassis 0” şassi nömrəsini daşıyan xüsusi Ferrari Luce Tailor Made Kaliforniyada keçirilən RM Sotheby's Monterey hərracına çıxarılıb. İlkin qiymətləndirməsi təxminən 1,1 milyon dollar olan avtomobil üçün təkliflər sürətlə artaraq 40 milyon dollara çatıb. Beləliklə, Luce ilkin qiymətləndirmədən 36 dəfədən çox baha satılıb.
    Ferrari's First Electric Car Fetches Record $40 Million at Auction -  Bloomberg
        Bu qədər yüksək qiymətin əsas səbəblərindən biri avtomobilin Ferrari Luce-un istehsal edilən ilk nüsxəsi olmasıdır. Bundan başqa, avtomobil xüsusi olaraq hazırlanmış Madreperla Semi-Gloss kuzov rənginə, Perla Le Mans metal effektli dəri salona və Grigio Corvara rəngli interyer elementlərinə sahibdir. Satış həm də xeyriyyə məqsədi daşıyıb. Hərracdan əldə olunan vəsait xeyriyyə və təhsil təşəbbüslərinə yönəldiləcək. Bu amil də avtomobil üçün verilən məbləğin adi bazar qiymətindən kəskin şəkildə yüksək olmasına təsir edib.
        Ferrari Luce şirkətin ilk tam elektrik avtomobilidir və onun dizaynında Jony Ive xüsusi rol oynayıb. Ive-ın LoveFrom studiyası avtomobilin həm eksteryerinin, həm də interyerinin hazırlanmasına töhfə verib. Sükan və sürücünün istifadə etdiyi fiziki idarəetmə elementləri də bu əməkdaşlığın nəticəsidir. Model təqdim edildiyi vaxt dizaynına görə birmənalı qarşılanmamışdı. Luce klassik Ferrari modellərindən xeyli fərqli görünüşə və daha pastel rəng palitrasına sahibdir. Buna baxmayaraq, texniki göstəricilər Ferrari adına uyğundur. Dörd elektrik mühərriki birlikdə 1035 at gücü hasil edir. Ferrari Luce 0-dan 60 mil/saata, yəni təxminən 97 km/saata cəmi 2,5 saniyəyə sürətlənə bilir. 40 milyon dollarlıq nəticə Ferrari Luce-u hərracda satılmış ən bahalı yeni avtomobillərdən birinə çevirib və Ferrari-nin mübahisəli ilk elektromobili üçün diqqətçəkən başlanğıc olub.
    Paylaş