Lamborghini Temerario hibrid superkarı təqdim edilib
Nəqliyyat
26.08.2024
Emil Nəcəfov
Lamborghini şirkəti Temerario adlı yeni hibrid superkarını təqdim edib. Bu yeni superkar Lamborghini Huracan-ı əvəz etmək üçün nəzərdə tutulub. Lamborghini Temerario 4 litr həcmli V8 turbo mühərrikini və 3 ədəd elektrikli mühərriki əldə edib. Bu mühərriklər sayəsində avtomobil ümumi olaraq 920 at gücünə sahibdir. Şirkətin verdiyi məlumata əsasən Temerario saatda 100 km sürəti 2.7 saniyəyə yığır. Bununla belə avtomobilin maksimal sürəti saatda 340 km təşkil edir. Avtomobildə olan elektrikli mühərriklərin enerji ilə təmin olunmalarından 3.8 kilovat-saat həcmli batareya cavabdehdir. Şirkət batareyanın bir dəfə şarj olunduqdan sonra avtomobilin nə qədər yol qətt etdiyini açıqlamayıb. Avtomobilin salonunda komfortlu oturacaqlar, sürücü üçün 12.3 düym ölçülü məlumat paneli, yan sərnişin üçün 9.1 düym ölçülü ekran və mərkəz hissədə 8.4 düym ölçülü ekran var. Lamborghini Temerario-nun 2025-ci ildə satışa çıxarılması planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Lamborghini Urus-un hibrid versiyası təqdim edilib - QİYMƏTİ
Lamborghini Urus-un hibrid versiyası təqdim edilib - QİYMƏTİ
İtaliyanın məşhur avtomobil istehsalçısı olan Lamborghini özünün Urus avtomobilinin hibrid versiyasını təqdim edib.
Həftənin xəbərləri
iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
Huawei Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfon təqdim edilib - QİYMƏTİ