Məkkədə zəvvarlar üçün uçan taksilər istifadəyə verilib!
Nəqliyyat
14.06.2024
Farid Pardashunas
Səudiyyə Ərəbistanı, 2024-cü ilin həcc mövsümündə zəvvarlar üçün avtonom uçan taksi xidmətinə başlayıb.
Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Xidmətləri Naziri, Saleh bin Nasser Al-Jasser, 12 iyun 2024-cü ildə yəni Çərşənbə günü, Mülki Aviasiya prezidenti Abdulaziz Al-Duailej, nazir müavini Dr. Rumaih Al-Rumaih və digər rəsmilərin iştirakı ilə avtonom uçan taksilərin ilk sınaqlarına başlayıb. Bu uçuş, dünyanın ilk lisenziyalı avtonom hava taksisi kimi tarixə düşüb.
Avtonom uçan taksilər, zəvvarların daşınmasını asanlaşdırmaqla yanaşı, bir çox üstünlüklər də təqdim edəcək. Onlar fövqəladə hallar zamanı sürətli nəqliyyat, tibbi avadanlıqların daşınması və logistika xidmətləri kimi sahələrdə istifadə olunacaqlar. Səudiyyə Ərəbistanı, nəqliyyat sektorunu modernləşdirmək və ağıllı mobilliyi artırmaq üçün bu cür texnologiyalara sərmayə qoyur. Milli Nəqliyyat və Logistika Strategiyası çərçivəsində uçan taksilər, elektrik nəqliyyat vasitələri və hidrogen qatarları kimi innovativ layihələrlə ölkənin nəqliyyat infrastrukturunu gələcəyə hazırlamağı hədəfləyirlər.
Avtonom uçan taksi xidmətinin zəvvarların dini vəzifələrini daha rahat və tez yerinə yetirmələrini təmin edəcək bir həll təklif edəcəyi bildirilir. Yəni Məkkənin sıx tıxacında saatlarla gözləmək əvəzinə, müqəddəs yerlərə bir neçə dəqiqəyə çatmaq mümkün olacaq. Bu xidmətin xüsusilə ahıllar və hərəkət imkanları məhdud zəvvarlar üçün böyük rahatlıq gətirəcəyi bildirilib. Əlbəttə, onu da qeyd etməliyik ki, bu xidmətin ucuz olacağı gözlənilmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
OpenAI 10 milyon dollardan baha qiymətə chat.com domenini alıb