Məşhur avtomobil istehsalçıları elektromobillərə tam keçidi təxirə salırlar
Nəqliyyat
12.09.2024
Emil Nəcəfov
Çin dünyanın ən böyük avtomobil bazarıdır və hətta bu bazarda da cari ildə elektromobillərdən daha çox hibrid avtomobillərin satışlarında yüksəlmə dinamikası müşahidə edilir. Qlobal miqyasda isə avtomobil istehsalçılarının sırf elektromobillərə keçid və bu istiqamətdə külli miqdarda investisiyaların yatırılması üzrə daha öncəki planlarından imtina etmələri müşahidə edilir. Hal-hazırda avtomobil istehsalçıları elektromobillərə olan tələbatı daha yaxşı qiymətləndirə bilirlər. Dünyadakı makroiqtisadi vəziyyət bahalı nəqliyyat vasitəsinin əldə edilməsinə imkan vermir.
Öz batareyalarının qiymətləri hesabına elektromobillər ənənəvi avtomobillərin bahalı alternativləri olduqları üçün onlara bütün dünyada tələbat aşağı düşür. Bir çox regionda elektromobillərin şarj infrastrukturunun zəif inkişafı öz növbəsində elektromobillərə tələbatı da aşağı səviyyədə saxlayır. Daha uzun məsafəli səyahətləri sevən insanlara isə bu faktor səbəbilə elektromobillər heç də sərf etmir. Ford Motor şirkəti istehsal olunan hər bir elektromobildə 100 000$ vəsait itirir. Belə ki, elektromobil istehsalının təşkilinə yatırılmış investisiyalar satış həcmləri tərəfindən qarşılanmır.
Hələ bir neçə il bundan öncə şirkət 2030-cu ilə kimi bütün avtomobillərini Avropa regionunda elektrikli mühərrikə keçirtməyi, 2026-cı ilə kimi isə hər il 2 milyon ədəd elektromobilin istehsalını təşkil etməyi planlaşdırırdı. İlk növbədə daha ucuz başa gələn batareyaların istehsal üsulunu tapmağın lazım olduğunu başa düşdükdən sonra şirkət elektromobil sahəsindəki strategiyasına yenidən nəzər yetirməyi qərara aldı. Nəticədə Ford Motor-un 7 nəfər sərnişin üçün nəzərdə tutulmuş elektrikli krossoveri ləğv edildi, elektrikli pikapın satışa çxıarılması isə 2027-ci ilə kimi təxirə salındı. Bu qərarlar sayəsində qənaət edilmiş vəsaitlər hibrid avtomobillər portfoliosunun genişləndirilməsinə sərf ediləcək.
BYD şirkəti yüngül avtomobillərin satışları üzrə dünya reytinqinin 3-cü yerində qərarlaşmamışdan öncə həmin yeri Kia və Genesis markalarına sahib Hyundai Motor Group şirkəti tuturdu. Hyundai Motor Group öz növbəsində bu onilliyin sonuna kimi hər il 2 milyon ədəd elektromobil satacağına hələ də ümid edir. Lakin bununla belə şirkət 2028-ci ilə kimi hibrid avtomobillərinin sayını artıracağına da söz verib. Çinin Geely şirkətinə məxsus olan Volvo brendi də eyni strategiya ilə irəliləmək niyyətindədir. Sözügedən brend 2030-cu ilə kimi yalnız elektromobillərə keçid edəcəyini planlaşdırırdısa, indi o, 2030-cu ildən sonra da ənənəvi avtomobillərin satışlarını reallaşdıracağını nəzərində saxlayıb. Müəyyən vaxtdan sonra isə Volvo-nun hibrid modellərinin sayında da artım olacaq. Mercedes-Benz şirkəti də öz növbəsində belə davam edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)
BYD-nin elektrikli super avtomobili, saatda 375 km sürətə çata bilib! (VİDEO)
BYD-nin yeni elektrik super avtomobili Yangwang U9, 375 km/saat sürətə çataraq texniki göstəricilərindən kənara çıxmağı bacarıb. Bəs bu super idman avtomobilinin xüsusiyyətləri nələrdir?
Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
Elektrikli avtomobil satışları əhəmiyyətli dərəcədə artıb!
Elektrikli avtomobillərə tələbat azalsa da, iyul ayında dünya üzrə elektrikli avtomobil satışları 21% artıb. Ən böyük sıçrayış isə Çində baş verib.
Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
Araşdırmalara görə, elektrikli avtomobil batareyaları 15 il əvvəlkindən 90% daha ucuzdur!
Litium-ion batareya paketinin istehsal dəyəri 2008-ci ildə kVt/saat üçün təxminən 1415 dollar olduğu halda, 2023-cü ildə bu dəyər 139 dollara düşüb.
Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
Yeni növ batareya ilə elektrikli avtomobillər 10 dəqiqədə şarj oluna biləcək!
Forge Battery, yüksək xüsusi enerjiyə malik 21700 silindrik Li-ion batareyasının prototipinin göndərməyə başlayıb. Yeni “Gen. 1.1 Supercell" akkumulyatoru, elektrik avtomobilləri üçün 10 dəqiqəyə enerji doldurmağı vəd edir.
Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Elektrikli nəqliyyat vasitələri geniş yayıldıqca, bu vasitələrin şəbəkələri dəstəkləmə qabiliyyəti də gündəmdə yer almağa başlayır. Bu çərçivədə elektriklə işləyən avtomobillər ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin edib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!