Logo
    main-post-cover

    Növbəti nəsil Tesla Roadster barəsində yeni təfərrüatlar verilib

    Nəqliyyat
    01.03.2024
    Emil
         Bir neçə gün bundan öncə Elon Musk bildirdi ki, Tesla özünün yeni nəsil Roadster idman elektromobilini artıq gələn il satışa çıxartmağı planlaşdırır. İndi isə Musk sözügedən elektromobil barəsində digər maraqlı məlumatları qeyd edib. Musk-ın sözlərinə əsasən yeni nəsil Roadster elektromobili SpaceX ilə Tesla arasındakı əməkdaşlığın məhsuludur və o, dizayn ilə funksionallıq mövzularında radikal təkamülü sərgiləyəcək. Tesla Roadster-in SpaceX ilə Tesla arasındakı əməkdaşlığın məhsulu olması elektromobilin hansısa texnoloji üstünlüyə sahib olacağından xəbər verir. Musk-ın sözlərinə əsasən yeni Roadster saatda 97 km sürəti 1 saniyəyə yığa biləcək və bu, elektromobilin yeganə heyrətləndirici özəlliyi olmayacaq. Gözləntilərə əsasən növbəti nəsil Roadster-in yeni təqdimatı bu ilin sonunda baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər
    apple-elektromobil-layihesi-baresinde-yeni-teferruatlar-melum-olub
    Nəqliyyat

    Apple elektromobil layihəsi barəsində yeni təfərrüatlar məlum olub

    Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti öz elektromobil layihəsini tamamilə ləğv edib. İndi isə The New York Times bu mövzu ilə bağlı yeni təfərrüatları təqdim edib. Məlum olub ki, Apple bu mövzuda hazır biznesi almağı nəzərdən keçirirmiş.
    tesla-yeni-nesil-roadster-i-artiq-gelen-il-satisa-cixara-biler
    Nəqliyyat

    Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər

    Tesla şirkəti yeni nəsil Roadster idman elektromobilini hələ 2017-ci ilin sonunda təqdim etmişdi.
    elon-musk-haqli-idi-cybertruck-heqiqeten-de-suda-batmir-video
    Nəqliyyat

    Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO

    Teslanın ikonik pikap maşını olan Cybertruck, polad korpusu və qeyri-adi dizaynı ilə yanaşı, maraqlı xüsusiyyətləri ilə də populyarlaşmağa davam edir. Avtomobil ilk dəfə təqdim ediləndə Elon Musk iddia edirdi ki, Cybertruck qayıq kimi xidmət edəcək qədər suya davamlıdır və çayları, gölləri, hətta dalğalı olmayan dənizləri də keçə bilir. Nəhayət, bir istifadəçi pikap maşınının dərin sulardan keçmə qabiliyyətini sınaqdan keçirdə bilib.
    tesla-25-000-liq-elektromobilini-2025-ci-ilde-satisa-cixara-biler
    Nəqliyyat

    Tesla 25 000$-lıq elektromobilini 2025-ci ildə satışa çıxara bilər

    Tesla elektromobillər üçün nəzərdə tutulmuş detalların təchizatçılarına bildirib ki, o, 2025-ci ilin ortasında Redwood kod adına sahib elektromobilinin kütləvi istehsalına start verməyi planlaşdırır.
    tesla-elektromobillerinde-avtopilot-sistemini-suni-zeka-idare-edecek
    Nəqliyyat

    Tesla elektromobillərində avtopilot sistemini süni zəka idarə edəcək

    Tesla şirkəti özünün FSD (Full Self-Driving) adlı avtopilot sistemi üçün nəzərdə tutulmuş böyük yenilənmənin beta versiyasını istifadəyə verib.