Logo
    main-post-cover

    Porsche 2026-cı il elektrik modellərinə Apple Car Key dəstəyi gətirir

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Porsche 2026-cı ildə satışa çıxaracağı iki yeni elektrik modeli tam elektrikli Cayenne və Macan üçün Apple Car Key dəstəyi təqdim edəcəyini açıqlayıb. Bu xüsusiyyət sayəsində istifadəçilər avtomobillərini yalnız iPhone və ya Apple Watch vasitəsilə açıb işə sala biləcəklər.
    More comfort, smarter assistance and enhanced entertainment for the Porsche  Macan - Porsche Newsroom
        Porsche əvvəldən Apple-ın Rəqəmsal Açar ekosistemində yer alan brendlərdən biri idi, lakin şirkət ilk dəfə olaraq konkret modelləri və tarixi təsdiqləyib. Məlumata görə, sürücülər telefonu cibdən çıxarmadan belə qapıları, baqajı və avtomobilin işə düşməsini idarə edə biləcəklər. Apple Car Key köhnə iPhone modellərində və ya batareyası tam bitmiş iPhone və Apple Watch-larda belə işləməyə davam edəcək. Rəqəmsal açar Apple Wallet-də etibarlı şəkildə saxlanacaq və lazım gəldikdə Mail, Messages və digər tətbiqlər vasitəsilə başqaları ilə paylaşmaq mümkün olacaq.
    Paylaş