Logo
    main-post-cover

    Redmi brendi də öz elektromobilini hazırlaya bilərmi?

    Nəqliyyat
    09.01.2024
    Emil
         Xiaomi Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında istifadəçilər ilə elektromobillər mövzusunda müzakirə aparıb. İstifadəçilər tərəfindən bu mövzu ətrafında şirkətə verilmiş ən maraqlı suallar arasında Redmi brendinin öz elektromobilini hazırlayıb-hazırlamayacağı və Xiaomi SU7 elektromobilinin satış qiymətinin nə qədər təşkil edəcəyi olub. “Bizim Redmi brendi altında elektromobil hazırlamaq kimi bir planımız yoxdur. Bizim hal-hazırda əsas diqqətimiz Xiaomi SU7-nin istehsalına və satışlarına yönəlib” - deyə Xiaomi təmsilçisi qeyd edib.
         Xiaomi SU7 elektromobilinin satış qiymətinə gəldikdə isə şirkətin CEO-su Lei Jun bildirib ki, son zamanlarda kütləvi informasiya vasitələrində bu məsələ ilə bağlı ortaya çıxmış məlumatlar həqiqəti əks etdirmirlər. Qeyd etmək lazımdır ki, kütləvi informasiya vasitələrində ortaya çıxmış məlumatlarda 14000$, 21000$ və 28000$ satış qiymətləri əks olunub. Lei Jun isə öz növbəsində qeyd edib ki, şirkət SU7-nin yekun satış qiymətini hələ təyin etməyib. Elektromobilin satış qiyməıti onun satışlarına az müddət qalmış açıqlanacaq.
    Paylaş