
Renault R5 Turbo 3E elektrikli idman avtomobili təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
17.03.2025
Emil
Elektrik mühərrikinə keçid avtomobil istehsalçılarına keçmişin idman əfsanələrini yeni versiyada canlandırmaq imkanı yaradır. Bu yanaşma yüksək dinamika və atmosferə sıfır tullantı ilə fərqlənir. Renault, 40 ildən çox müddət öncə əldə etmiş olduğu ralli uğurlarını canlandırmaq üçün R5 Turbo 3E konseptini hazırlayıb. Bu model 2027-ci ildə satışa çıxarılacaq və qiyməti kifayət qədər yüksək olacaq. Məlumata görə, fransız avtomobil istehsalçısı bu hetçbekdən cəmi 1980 ədəd buraxacaq. Bu idman avtomobili 500 at gücündə iki elektrik mühərrikindən ibarət güc qurğusuna sahib olacaq və arxa ötürücülü olacaq.

Uzun kapotlu bu kiçik avtomobil 0-dan 100 km/s sürətə 3.5 saniyədən az müddətdə çata biləcək, maksimal sürəti isə 270 km/s təşkil edəcək. Sürət həvəskarları üçün xüsusi detallar də nəzərdə tutulub. Karbon lifindən hazırlanmış karkas, dik yerləşdirilmiş əl əyləci, altı nöqtəli təhlükəsizlik kəmərlərinə malik anatomik idman oturacaqları və 20 düym-lük təkərlər. Bu elektromobilin sahibləri uzun müddət enerji doldurma məntəqələrində gözləmək məcburiyyətində qalmayacaqlar. 800 voltluq elektrik arxitekturası sayəsində, 350 kilovat gücündə birbaşa cərəyanla çalışan şarj stansiyasına qoşulduqda, batareyanın enerjisini 15%-dən 80%-ə qədər cəmi 15 dəqiqəyə doldurmaq mümkün olacaq.

Cəmi 1980 ədəd istehsal olunacaq R5 Turbo 3E-nin 168 000$ start qiyməti olduqca yüksək hesab olunur. Bunun müqabilində Renault alıcılarına geniş fərdiləşdirmə imkanları təklif edəcək, o cümlədən rəng seçimləri də daxil olmaqla, eksteryer dizaynını fərdiləşdirmək imkanı olacaq. Ön sifarişlər bir neçə həftə ərzində qəbul edilməyə başlanacaq, lakin seriya istehsalı ilə ilk avtomobillər 2027-ci ildə müştərilərə çatdırılacaq. Bununla belə, elektromobil bazarının sürətli inkişafı nəzərə alınarsa, Renault-nun bu qərarı gələcəkdə dəyişə bilər. Üstəlik, əlavə opsiyalarla bu idman hetçbekinin qiyməti 260 000$-a qədər yüksələ bilər. Renault bu qiymət siyasəti ilə nə Çin rəqiblərinin, nə də daxili yanma mühərrikli superkar istehsalçılarının mövcudluğunu nəzərə almır.
Mənbə: Wired
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
