Logo
    main-post-cover

    Rivian yeni “Universal Hands-Free” funksiyasını aktivləşdirib

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Rivian şirkəti ikinci nəsil R1 elektrik avtomobilləri üçün yeni “Universal Hands-Free” adlı yarıavtonom sürmə funksiyasını istifadəyə verib. Şirkət bu texnologiyanı ötən həftə ilk dəfə keçirdiyi “Autonomy & AI Day” tədbirində təqdim etmişdi.
        Yeni funksiya sürücülərə ABŞ və Kanada ərazisində 3,5 milyon mildən çox yolda sükanı əllərindən buraxaraq hərəkət etməyə imkan verir. Sistem həm magistral yollarda, həm də yol xətləri aydın görünən adi küçələrdə işləyir. Bununla belə, sürücü daim avtomobili nəzarətdə saxlamalıdır. Rivian bildirir ki, “Universal Hands-Free” sistemi işıqforlara və “STOP” nişanlarına reaksiya vermir, dönmə manevrləri etmir və naviqasiyaya əsasən hərəkət etmir. Dönmə zamanı sürücü özü sükanı idarə etməli və dönüş siqnalını aktiv etməlidir. Dönüş başa çatdıqdan sonra sistem avtomatik yenidən aktivləşir.
        Bu yenilik Rivian üçün vacib addım hesab olunur, çünki şirkət yaxın illərdə tam avtonom sürüşə keçməyi planlaşdırır. Lakin oxşar texnologiyalara malik Tesla və Ford kimi şirkətlərin iştirakı ilə baş verən qəzalar və ölüm halları bu cür sistemlərin risklərini də gündəmə gətirir.
    Paylaş
    Bənzər xəbərlər