Logo
    main-post-cover

    San-Fransiskoda elektrik kəsintisi Waymo robotaksilərini iflic edib

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Waymo şirkəti San-Fransiskoda baş verən genişmiqyaslı elektrik kəsintisi səbəbilə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Şənbə gecəsi Pacific Gas and Electric (PG&E) yarımstansiyasında baş verən yanğın nəticəsində şəhər əhalisinin təxminən üçdə biri saatlarla işıqsız qalıb.
        Elektrik enerjisinin kəsilməsi zamanı sakinlər Waymo-ya məxsus sürücüsüz avtomobillərin bəzi yolayrıclarında dayanaraq hərəkəti əngəllədiyini və tıxaclara səbəb olduğunu müşahidə ediblər. Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub.
         Waymo şirkəti həmin axşam verdiyi açıqlamada, enerji təchizatındakı problemlər səbəbindən San-Fransiskoda robotaksi xidmətinin dayandırıldığını təsdiqləyib. Şirkət təhlükəsizliyin prioritet olduğunu və vəziyyət tam nəzarətə alındıqdan sonra xidmətin bərpa ediləcəyini bildirib.
    Paylaş