Logo
    main-post-cover

    Senat Waymo və Tesla-nı sorğu-suala çəkdi

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ Senatında keçirilən iki saatlıq dinləmədə WaymoTesla rəhbər şəxsləri robotaksi texnologiyalarının təhlükəsizliyi, hüquqi məsuliyyəti və Çin amili ilə bağlı sərt suallarla üzləşiblər.
        Dinləmə zamanı hər iki şirkət sürücüsüz avtomobillərin daha geniş yayılması üçün federal qanunvericiliyin sürətləndirilməsini tələb etsə də, senatorlar arasında razılıq əldə olunmadı. Qanunvericilər robotaksilərin təhlükəsizliyi, qəza zamanı məsuliyyətin kimə aid olması, uzaqdan idarəetmə (remote operatorlar) və milli təhlükəsizlik riskləri mövzusunda ciddi narahatlıqlarını ifadə etdilər.
    Tesla Tops Robotaxi Rankings on Price—but Comes Last for Convenience | PCMag
        Waymo yeni nəsil robotaksilərində Çin istehsalı olan avtomobillərdən istifadə etməsi və məktəb avtobuslarının qarşısında dayanmamaqla bağlı insidentlərə görə tənqid edildi. Şirkətin təhlükəsizlik üzrə rəhbəri Mauricio Pena bildirib ki, Waymo bu cür halların qarşısını almaq üçün əlavə məlumatlar toplayır və sistemlərini təkmilləşdirir. Lakin senatorlar proqram yeniləmələrinə baxmayaraq oxşar pozuntuların davam etməsindən narazı qaldılar.
        Tesla isə radar sensorlarının avtomobillərdən çıxarılması, Autopilot və Full Self-Driving funksiyalarının çaşdırıcı marketinqi və məcburi arbitraj şərtlərinə görə tənqid olundu. Senator Maria Cantwell qeyd etdi ki, Tesla insan nəzarəti tələb edən sistemi “Autopilot” adı ilə təqdim etməklə istehlakçıları yanıldıb. Dinləmədə ABŞ-nin avtonom nəqliyyat sahəsində Çindən geri qalma riski də dəfələrlə vurğulandı. Avtonom Avtomobil Sənayesi Assosiasiyasının rəhbəri Jeff Farrah xəbərdarlıq edərək bildirdi ki, vahid milli tənzimləmə çərçivəsi olmadan Çin bu sahədə qlobal liderə çevrilə bilər.
    Paylaş