Logo
    main-post-cover

    Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib

    Nəqliyyat
    10.10.2024
    Emil
         Tesla şirkəti bu gecə “Tesla We, Robot” adlı təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən sözügedən tədbirdə şirkət pilotsuz taksi nəqliyyatını təqdim edəcək. Lakin Bloomberg saytı təqdimatı gözləmədən bu mövzu barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən Tesla-nın pilotsuz taksi nəqliyyatı iki nəfər sərnişin üçün nəzərdə tutulacaq və onun qapılareı yuxarı istiqamətdə açılacaq.
         Sözügedən nəqliyyat növü avtomobil yollarında naviqasiya üçün çoxlu sayda kameraya və hesablayıcı təchizata sahib olacaq. Bloomberg-in sözlərinə əsasən Elon Musk buna bənzər digər nəqliyyat növlərində istifadə edilən lazer sensorlardan istifadədən imtina edib. Belə ki, Musk belə qənaətə gəlib ki, lazerli sensorlar baha başa gəlir və onları əvəzləmək qeyri-mümkün deyil. Bəzi kütləvi informasiya vasitələrinin sözlərinə əsasən Tesla şirkəti pilotsuz taksi ilə yanaşı tədbir çərçivəsində elektrikli mikroavtobusu da təqdim edə bilər.
    Paylaş