
Tesla 25 000$-lıq elektromobilini 2025-ci ildə satışa çıxara bilər
Nəqliyyat
24.01.2024
Emil
Tesla elektromobillər üçün nəzərdə tutulmuş detalların təchizatçılarına bildirib ki, o, 2025-ci ilin ortasında Redwood kod adına sahib elektromobilinin kütləvi istehsalına start verməyi planlaşdırır. Bu barədə məlumatı Reuters saytına məsələ ilə yaxından tanış olan 4 nəfər şəxs təqdim edib. Bununla belə onlardan ikisinin sözlərinə əsasən planlaşdırılan elektromobil kompakt ölçülü krossover olacaq.
Elon Musk artıq uzun müddətdir ki, Tesla-nın büdcəli elektromobillər istehsal etmək planları barəsində məlumat verir. Şirkət satış qiyməti 25 000$ təşkil edəcək elektromobilin istehsalına hədəflənib. Bu cür büdcəli elektromobillər sayəsində Tesla daha ucuz satış qiymətinə sahib benzin mühərrikli avtomobillər və digər ucuz elektromobillərlə rəqabət apara biləcək. Musk satış qiyməti 25 000$ təşkil edəcək elektromobili hələ 2020-ci ildə satışa çıxartmağı söz vermişdi. Lakin bu mövzuda hər dəfə zaman dəyişiklikləri olub.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
