
Tesla avtopilotu Elon Musk-ın sürücülük təcrübəsi əsasında tənzimlənir
Nəqliyyat
15.07.2024
Emil
Business Insider nəşriyyatının vermiş olduğu məlumata əsasən Tesla şirkətinin əməkdaşlarına yeni avtopilot versiyalarının hazırlanması zamanı Elon Musk-ın sürücülük tərzinə istiqamətlənmək tapşırığı verilib. Bu barədə məlumatı bir neçə anonim mənbə təqdim edib. Məlumata əsasən Tesla fərdi avtopilot sistemləri üçün nəzərdə tutulmuş neyron şəbəkələrini ABŞ-ın qərb sahili hissəsindəki avtomobil yolları əsasında təlimatlandırıb. Lakin avtopilot sisteminin, Musk-ın elektromobil idarəsi tərzinə uyğunlaşdırılması müəyyən mənada məhsulun final versiyasının nə dərəcədə fərqləndiyini açıq-aydın sərgiləyir.
Aparılmış araşdırma sayəsində məlum olub ki, Tesla şirkət rəhbərliyi də daxil olmaqla seçilmiş sürücülərin məlumatlarına əsaslanaraq avtopilot sistemini tənzimləyib. Məlumatda qeyd edilib ki, şirkət əməkdaşlarına Elon Musk-ın və VIP siyahıdakı sürücülərin sürücülük təcrübələrinə istiqamətlənərək neyron şəbəkələrinin təlimatlandırılması tapşırığı verilib. Qeyd etmək lazımdır ki, Tesla avtopilotunun mövcud olduğu müddət ərzində şirkət elektromobilləri ümumilikdə yüzlərlə avtomobil qəzasında iştirak ediblər. Baş vermiş avtomobil qəzaları arasında ölümlə sonlanmış olanları da var.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
