Logo
    main-post-cover

    Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər

    Nəqliyyat
    10.10.2024
    Emil
         Tesla-nın elektrikli pikapı olan Cybertruck-ın Avropada satışları qadağan edilə bilər. Səbəb isə bu pikapın konstruksiyası ilə bağlı təhlükəsizlik problemidir. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası Avropa Velosipedçilər Fondu kimi təşkilatlar Tesla Cybertruck-ın ictimai yollarda istifadəsinin qadağan edilməsini istəyirlər. Bu ideyanın ən aktiv şəkildə irəli çəkildiyi ölkə isə Çexiyadır.
         Məsələ burasındadır ki, Çexiyada alıcılardan biri təhlükəsizlik ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində elektromobilin konstruksiyasında müəyyən dəyişikliklər edəndən sonra onu qeydiyyatdan keçirə bilib. Həmin dəyişikliklərdən biri də Cybertruck-ın iti sahələrinə rezin örtüyün əlavə edilməsi olub. Aktivistlər Çexiyanın nəqliyyat naziri Martin Kupka-ya məktub göndəriblər və göndərilmiş məktubda qeyd ediblər ki, Cybertruck yol hərəkətinin digər bütün iştirakçıları üçün böyük riskdir.
    Paylaş