Logo
    main-post-cover

    Tesla Cybertruck-ın iştirakı ilə ilk avtomobil qəzası baş verib (VİDEO)

    Nəqliyyat
    30.12.2023
    Emil
         Bir neçə gün bundan öncə Kaliforniyada Tesla Cybertruck-ın iştirakı ilə baş vermiş ilk yol qəzası qeydə alınıb. Baş vermiş yol qəzasının ikinci iştirakçısı və günahkarı Toyota Corolla avtomobili olub. Məlumata əsasən Toyota Corolla-nı idarə etmiş 17 yaşlı şəxs ilk növbədə yolun kənar hissəsindəki qrunt sahə ilə toqquşub və daha sonra yenidən yola çıxaraq iki ayırıcı yol xəttini keçib və nəticədə Cybertruck ilə toqquşub. Görünür, qəza zamanı Cybertruck avtonom idarəetmə rejimində olmayıb. Məlumata əsasən qəza zamanı elektromobilin daxilində 3 nəfər sərnişin olub. Video və fotolardan da görmək olar qəza nəticəsində Toyota Corolla ciddi şəkildə zədələnib. Cybertruck isə kiçik zədələnmələr əldə edib.
    Paylaş