
Tesla elektromobillərində avtopilot sistemini süni zəka idarə edəcək
Nəqliyyat
23.01.2024
Emil
Tesla şirkəti özünün FSD (Full Self-Driving) adlı avtopilot sistemi üçün nəzərdə tutulmuş böyük yenilənmənin beta versiyasını istifadəyə verib. Elon Musk-ın sözlərinə əsasən beta versiya avtopilot sisteminə neyron şəbəkələrini əlavə edir. Bu səbəbdən də elektromobillərdəki avtopilot sisteminin idarəsindən məhz süni zəka cavabdeh olacaq.
Daha öncə Tesla elektromobilləri aktivləşdirilmiş avtopilot rejimi çərçivəsində daha öncədən Tesla mühəndisləri tərəfindən tərtib edilmiş koda əsaslanırdılarsa, FSD v12-də bununla milyonlarla videolar əsasında təlimatlandırılmış neyron şəbəkəsi məşğul olur. Tesla daha öncə də bildirirdi ki, FSD avtopilot sistemi nəticə etibarilə süni zəkaya əsaslanacaq. Lakin bunun reallaşdırılması üçün 7 il vaxt lazım oldu. Bunun praktik cəhətdən necə çalışacağını isə zaman göstərəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
