main-post-cover

    Tesla ən yüksək qəza-ölüm nisbətinə sahib marka olub!

    Nəqliyyat
    09.12.2024
    Farid Pardashunas

         Tesla ABŞ-da ölümcül qəza göstəricilərinə görə lider olub. Bəs özünü ən təhlükəsiz markalardan biri kimi təqdim edən Tesla-nın ölüm göstəricilərinin bu qədər yüksək olmasının səbəbi nədir?

         iSeeCars tərəfindən aparılan araşdırma 2017-2022-ci illər arasında ABŞ Ölümcül Qəza Analizi Hesabat Sistemi məlumatlarının analizinə əsaslanır. Araşdırmaya görə, Tesla avtomobillərinin orta hesabla milyard mil başına 5.6 ölüm göstəricisi var. Bu rəqəm Kia üçün 5.5, Buick üçün 4.8Dodge üçün 4.4 olaraq təyin edilib. Ümumi avtomobil göstəricisinin ortalaması isə 2.9-dur. Beləliklə, Tesla-nın ölüm nisbəti ortalamanın 2 qatından çoxdur. Bəs bunun səbəbi nədir? iSeeCars analitikləri, yüksək ölüm nisbətlərinin avtomobil dizaynından çox sürücü davranışları ilə əlaqəli olduğunu iddia edir. Tesla avtomobillərində bu göstəricinin yüksək olmasının səbəbi istifadəçi profili ola bilər.
    1. Tesla: 5.6
    2. Kia: 5.5
    3. Buick: 4.8
    4. Dodge: 4.4
    5. Hyundai: 3.9
    6. Ümumi orta: 2.8
         iSeeCars eyni zamanda ən yüksək ölüm nisbətinə malik 23 avtomobil modelinin siyahısını da yayımlayıb. Siyahının başında milyard mil başına 13.9 ölüm göstəricisi ilə Hyundai Venue modeli yer alır ki, bu da sənaye ortalamasından 5 dəfə çoxdur. Venue-dən sonra Chevrolet CorvetteMitsubishi Mirage (13.6), Porsche 911 (13.2)Honda CR-V Hybrid (13.2) modelləri gəlir. Tesla Model Y isə milyard mil başına 10.6 ölüm göstəricisi ilə 6-cı sırada yer alır.
     

    Ən çox sərnişin ölümünə səbəb olan avtomobillər

    SıralamaModelÖlümcül qəza nisbəti
    (milyard mil başına düşən avtomobillər)
    Ümumi orta ilə müqayisə
    1Hyundai Venue13.94.9x
    2Chevrolet Corvette13.64.8x
    3Mitsubishi Mirage13.64.8x
    4Porsche 91113.24.6x
    5Honda CR-V Hybrid13.24.6x
    6Tesla Model Y10.63.7x
    7Mitsubishi Mirage G410.13.6x
    8Buick Encore GX9.83.4x
    9Kia Forte8.12.9x
    10Buick Envision8.02.8x
    11Kia Soul7.32.6x
    12Toyota Corolla Hibrid7.32.6x
    13Chevrolet Camaro7.32.6x
    14Nissan Versa7.22.5x
    15Kia K57.12.5x
    16Kia Seltos6.82.4x
    17Ford Bronko6.62.3x
    18Ford Bronco Sport6.22.2x
    19Dodge Charger6.12.1x
    20Toyota Prius5.92.1x
    21Tesla Model S5.82.0x
    22INFINITI Q505.82.0x
    23Toyota Venza5.62.0x
    ümumi orta2.8 
         Araşdırmanın baş analitiki Karl Brauer, ölüm siyahısında olan bir çox avtomobilin (Tesla Model Y də daxil olmaqla) toqquşma testlərində mükəmməl qiymət aldığını və yüksək performans göstərdiyini vurğulayır. Yəni bu rəqəmlər, Tesla avtomobillərinin təbiətcə təhlükəsiz olmadığını deyil, düzgün istifadə edilmədiyini göstərir. Riskli davranışlar, diqqətsizlik və ya Avtopilot sisteminə həddindən artıq güvənmək artan ölüm nisbətlərinə səbəb ola bilər.
        Həmçinin qeyd etmək lazımdır ki, ölüm göstəricilərində ən üst sıralarda subkompakt və kompakt avtomobillər yer alır, orta və tam ölçülü avtomobillər isə sənaye ortalamasından aşağı göstəriciyə malikdir. Bunun səbəbi fizika qanunları ilə bağlıdır. Kiçik bir avtomobil daha böyük bir avtomobillə toqquşduqda, daha kiçik avtomobilin kütləsi az olduğu üçün daha çox zərər görür. Buna görə də rəqəmləri bu məlumatlar işığında dəyərləndirmək faydalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla Cybercab pilotsuz taksilərinin distant idarəsi üçün iıçi axtarışındadır
    tesla-cybercab-pilotsuz-taksilerinin-distant-idaresi-ucun-iici-axtarisindadir
    Tesla Optimus-dan yeni video: Havada ona atılan topu belə tuta bilir!
    tesla-optimus-dan-yeni-video-havada-ona-atilan-topu-bele-tuta-bilir
    Tesla ölümlə nəticələnən qəzaların sayı mövzusunda lider şirkətdir
    tesla-olumle-neticelenen-qezalarin-sayi-movzusunda-lider-sirketdir
    Kim Kardashian Tesla-nın yeni robotu ilə video paylaşıb!
    kim-kardashian-tesla-nin-yeni-robotu-ile-video-paylasib
    Google və Apple şirkətlərinin məcbur edəcəkləri təqdirdə Tesla öz smartfonunu hazırlaya bilər
    google-ve-apple-sirketlerinin-mecbur-edecekleri-teqdirde-tesla-oz-smartfonunu-hazirlaya-biler