Logo
    main-post-cover

    Tesla Model 3 Performance elektromobili təqdim edilib - QİYMƏTİ

    Nəqliyyat
    24.04.2024
    Farid
         Tesla şirkəti özünün Model 3 elektromobilinin ən güclü versiyasını təqdim edib. Model 3-ün sözügedən versiyası Model 3 Performance adlanır. Beləliklə Model 3 Performance elektromobili iki ədəd elektrikli mühıərrikə sahib güc qurğusunu əldə edib. Bu güc qurğusu elektromobili 510 at gücü və mühərrikin 741 Nm (Nyuton metr) göstəricidə maksimal fırlanma anı ilə təmin edir. Model 3-ün bu yeni versiyası saatda 96 km sürəti 2.9 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 262 km təşkil edir. Model 3 Performance bir dəfə şarj olunandan sonra 476 km yol qətt edə bilir.
         Sözügedən elektromobil adaptiv amortizatorlara, yüksək dözümlülüyə sahib poladdan hazırlanmış yaylara sahib təkmilləşdirilmiş asqını əldə edib. Adaptiv amortizatorların göstəriciləri real zaman ərzində dəyişirlər. Bununla belə elektromobil 3 idarə rejiminə sahibdir. Standart, sport track. Track rejimində elektromobilin təkcə asqı ayarları deyil, həmçinin motor ayarları da dəyişir. Üstəlik bu rejimdə elektromobilin soyutma sisteminin performansı yüksəlir. Model 3 Performance daha güclü tormozları, 20 düym ölçülü təkər diskləri və xüsusi olaraq Tesla üçün hazırlanmış Pirelli P Zero 4 adlı təkərlər ilə təchiz olunub.
         Xarici görünüşcə yeni model keçən il yenilənmiş Model 3-ə bənzəyir. Lakin bununla belə Model 3 Performance bir qədər fərqli bamperləri, dəyişilmiş spoyleri və yeni ön splitteri əldə edib. Bütün bunlar elektromobilin aerodinamikasının daha yaxşı çalışmasına imkan verirlər. Model 3 Performance modelinin salonunda idman tərzində yeni oturacaqlar, 17 ədəd səsgücləndiricidən ibarət akustika sistemi, ön hissədə 15.4 düym ölçülü ekran, arxa hissədə isə 8 düym ölçülü ekran quraşdırılıb. Model 3 Performance modelini artıq ABŞ-da ön sifariş etmək olar. Onun gələn ay və ya iyunda satışa çıxacağı gözlənilir. Sözügedən elektromobil 53 000$ qiymətində satışa çıxacaq.
    Paylaş