
Tesla-nın avtonom sürüş sistemi, tıxacda insansayağı davranış göstərərək maraqlı görüntülərə səbəb olub! (VİDEO)
Nəqliyyat
27.05.2024
Aslan
Tesla-nın avtonom sürüş sistemi sola dönmək üçün tıxacda gözləmək əvəzinə insan kimi davranaraq sağdan avtomobilləri ötərək sürətlə sol zolağa daxil olub.
X-də "AIDRIVR" hesabının paylaşdığı videoda bir Tesla bir müddət sonra sola dönməyə hazırlaşır, lakin qarşısındakı avtomobilin dayandığını müəyyən edən avtonom sistem, nəqliyyat vasitəsinin sağına keçir və sürətlə tıxacda gözləyən avtomobilləri ötərək sol zolağa keçid edib, dönmə əməliyyatını bitirir.
Əslində, avtonom sürüş sisteminin həyata keçirdiyi bu görüntülər nə qədər cəlbedici görünsə də, bir o qədər də narahatvericidir. Çünki ağıllı sistem, bu halda yol hərəkət qaydalarını pozmuş olmuş olur. Görünən odur ki, sürüş sisteminin süni intellekti təxmin edildiyi qədər də mükəmməl deyil və bəzən ani olaraq verdiyi qərarlar qaçınılmaz hadisələrə səbəb ola bilər.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
