Logo
    main-post-cover

    Tesla-nın büdcəli elektromobilinin render fotoları ortaya çıxıb

    Nəqliyyat
    20.12.2023
         Artıq məlumdur ki, Tesla şirkəti büdcəli elektromobil üzərində çalışır. İndi isə Carwow adlı nəşriyyat sayəsində Tesla-nın büdcəli elektromobilinin render fotoları ortaya çıxıb. Render fotolar Tesla-nın investorlarına həsr edilmiş tədbirdəki konseptlər əsasında hazırlanıb. Render fotolardan da görmək olar ki, Tesla-nın büdcəli elektromobili ön hissədən Model 3 ilə Cybertruck-ın qarışığına bənzəyir. Elektromobilin gövdəsinə gəldikdə isə bu, 5 qapılı hatchback olacaq. Təəssüflər olsun ki, Tesla-nın büdcəli elektromobilinin texniki imkanları barəsində heç bir məlumat yoxdur. Bununla yanaşı sözügedən elektromobilin necə adlanacağı da bilinmir. Bəzi məlumatlara əsasən büdcəli Tesla elektromobili 2025-ci ildə satışa çıxacaq və onun qiyməti 25 000$ təşkil edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Tesla-nın büdcəli elektromobilinin render fotoları ortaya çıxıb | Technote