Logo
    main-post-cover

    Tesla-nın pilotsuz taksi elektromobilinin yeni təqdimat tarixi elan edilib

    Nəqliyyat
    24.07.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə Elon Musk, Tesla-nın pilotsuz taksi elektromobilinin təqdimatını anons etmişdi. Təqdimat avqust ayı üçün planlaşdırılırdı. Lakin müəyyən müddətdən sonra təqdimat təxirə salındı. İndi isə Musk şirkətin pilotsuz taksi elektromobilinin yeni təqdimat tarixini anons edib. Onun sözlərinə əsasən təqdimata kimi şirkət sözügedən elektromobildə ehtiyac duyulan bütün dəyişiklikləri reallaşdıra biləcək.
         Musk bildirib ki, Tesla-nın pilotsuz taksi elektromobilinin təqdimatı 10 oktyabr tarixində baş tutacaq. Həmin tarixdə təqdim ediləcək pilotsuz taksi elektromobilinin nə cür dizayna sahib olacağı hələ bilinmir. Musk-ın sözlərinə əsasən taksi də daxil olmaqla pilotsuz avtomobillərin hazırlanması Tesla-nın gələcəyi üçün vacib rol oynayır. Bununla belə Tesla-nın pilotsuz taksi elektromobilinin nə zaman istifadəyə veriləcəyi bilinmir. Bu, texnoloji inkişaf ilə tənzimləyici orqanlardan asılı olacaq.
    Paylaş