Tesla-nın satışları ikinci rübdə 25 % artdı
Tesla 2026-cı ilin ikinci rübü üzrə istehsal və satış nəticələrini açıqlayıb. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satışlarda əhəmiyyətli artım qeydə alaraq çətin keçən 2025-ci ildən sonra bərpa siqnalları verib. Tesla aprel-iyun ayları ərzində ümumilikdə 451 758 avtomobil istehsal etdiyini bildirib. Bunun 442 936-sı Model 3 və Model Y, 8 822-si isə Cybertruck və Tesla Semi kimi digər modellər olub. Müqayisə üçün qeyd edək ki, şirkət 2025-ci ilin ikinci rübündə 410 244 avtomobil istehsal etmişdi. Beləliklə, istehsal illik müqayisədə təxminən 10 % artıb.
Satış göstəriciləri isə daha güclü nəticə nümayiş etdirib. Tesla ikinci rübdə 480 126 avtomobil təhvil verdiyini açıqlayıb. Bunun 467 762-si Model 3 və Model Y, 12 364-ü isə digər modellərdən ibarət olub. Ötən ilin eyni dövründə bu göstərici 384 122 avtomobil idi. Bu isə illik müqayisədə təxminən 25 %-lik artım deməkdir. Digər tərəfdən, Tesla-nın böyük ümidlər bəslədiyi robotaksi xidməti hələlik gözləniləndən daha məhdud miqyasda fəaliyyət göstərir. Hazırda xidmət ABŞ-nin Ostin, Hyuston və Dallas şəhərlərində təxminən 60-70 ədəd Model Y avtomobilindən ibarət kiçik parkla fəaliyyət göstərir.
Paylaş