Logo
    main-post-cover

    Tesla ölümlə nəticələnən qəzaların sayı mövzusunda lider şirkətdir

    Nəqliyyat
    23.11.2024
    Emil
         Avtomobillərin axtarışı servisi olan iSeeCars-ın aparmış olduğu tədqiqat onu göstərib ki, istənilən digər avtomobillərdən fərqli olaraq Tesla elektromobilləri ölümlə nəticələnən qəzalarda daha çox iştirak edirlər. ABŞ Milli Ölüm Təhlili Hesabat Sistemi (FARS) və ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) təyin ediblər ki, Tesla bütün avtomobil brendləri arasında ölümlə nəticələnən qəzalar arasında ən yüksək səviyyəyə sahibdir. Tesla-dan sonrakı yerləri Kia, Buick, Dodge Hyundai brendləri tuturlar.
         Hesabatda həmçinin qeyd edilib ki, ölümlə nəticələnən qəzaların sayındakı çoxluq avtomobildəki özəlliklərdən daha çox sürücünün davranışını əks etdirir. Aparılmış digər tədqiqatlar həmçinin Tesla-nın təhlükəsizliyindəki problemləri də ortaya çıxarırlar. NHTSA-nın 2022-ci il üzrə hesabatında qeyd edilib ki, sürücüyə dəstək sistemlərinin iştirakı ilə baş vermiş avtomobil qəzalarının 70%-i Tesla-nın payına düşür. Tesla-nın avtopilot sistemi daimi şəkildə tənqidə məruz qalır və o, elektromobillərinin iştirakı ilə baş verən qəzalarda vacib rol oynaya bilər.
    Paylaş