Logo
    main-post-cover

    Tesla öz elektromobilləri üçün naqilsiz şarj texnologiyasını hazırlayır (VİDEO)

    Nəqliyyat
    20.12.2023
    Emil
         Mobil cihazlar sahəsində naqilsiz şarj texnologiyası artıq adi texnologiya kimi qəbul edilir. Elektromobillər sahəsində isə sözügedən texnologiya hələ geniş şəkildə istifadə edilmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Tesla şirkətinin təmsilçilərindən biri şirkətin öz elektromobilləri üçün bu cür texnologiya üzərində çalışdığına işarə edib. Jay Leno's Garage adlı Youtube kanalına müsahibə verən zaman Tesla-nın baş dizayneri Franz von Holzhausen təsdiqləyib ki, Tesla həqiqətən də elektromobillər üçün naqilsiz şarj texnologiyası üzərində çalışır.
         Dizaynerin sözlərinə əsasən Tesla-nın hazırladığı sözügedən texnologiyanın çalışma prinsipi smartfonlarda istifadə edilən naqilsiz şarj texnologiyasının çalışma prinsipindən demək olar fərqlənməyəcək. Maqnit sahəsi qəbuledici çarxda dəyişən cərəyan yaradacaq və daha sonra həmin cərəyan çarxdan elektromobil batareyasına ötürüləcək. Dizayner bildirib ki, bu halda elektromobilə heç bir naqil qoşmağa ehtiyac qalmayacaq.
    Paylaş