
Tesla pilotsuz taksi xidmətinin testinə start verib (VİDEO)
Nəqliyyat
24.04.2025
Emil
Tesla-nın rüblük hesabat tədbirində Elon Musk vurğulayıb ki, şirkət hələ də iyun ayında Texasda pilotsuz taksi layihəsini istifadəyə verməyə ümid edir. Həmin gün sosial şəbəkə X-də bu nəqliyyat vasitələrinin sınaq prosesini göstərən video paylaşılıb. Tesla nümayəndələrinin sözlərinə görə, bu elektromobillər artıq 24 000 km məsafə qət ediblər. Məlum olduğu kimi, Tesla sınaqları sükan arxasında təhlükəsizlik məqsədilə sürücünün iştirakı ilə həyata keçirir və videoda qeyd olunur ki, FSD (Full-Self Driving ) proqram təminatı elektromobili tam avtonom rejimdə idarə etmir.
Hazırda şirkətin daxili tətbiqi seçilmiş Tesla əməkdaşlarına pilotsuz taksi prototipini çağırmağa imkan verir. Bu mərhələdə həmin prototip Model 3 elektromobili əsasında hazırlanıb. Arxa ekran sərnişin üçün lazım olan məlumatları və virtual idarəetmə düymələrini göstərir. Gələcəkdə salonda sürücü olmadığı zaman təcili dayandırma düyməsi də bu ekranda yerləşəcək. Bununla belə, eyni zamanda Kaliforniyada Tesla hələ sürücüsüz pilotsuz taksilərin testinə icazə almayıb. Texasdan əlavə, sürücü ilə sınaqlar San-Fransisko körfəzi bölgəsində də həyata keçirilir. Tesla qeyd edir ki, artıq 1500-dən çox səfər həyata keçirilib və prototipləri ümumilikdə 24 000 km məsafə qət ediblər. Elon Musk söz verib ki, bu ilin iyun ayında Texasda xidmət işə düşən kimi birbaşa olaraq 10-dan 20-yə qədər avtomobil istifadə olunacaq.

Həmin vaxta qədər sükan arxasında sürücünün olması və sərnişinlərdən ödəniş alınması məsələsi şirkətin müvafiq icazələrə malik olub-olmamasından və proqram təminatının bu idarəetmə rejiminə tam hazır olması ilə bağlı şirkətin inamından asılı olacaq. Şirkətin bəyanatlarına əsasən, distant şəkildə idarəetmə mexanizmləri - operator vasitəsilə - istənilən halda nəzərdə tutulacaq. Hazırda sürücü ilə keçirilən test səfərləri bu sistemlərin hazırlanması və təkmilləşdirilməsi işinə kömək edir. Bundan əlavə, “We, robot” təqdimatında insanabənzər Optimus robotları da uzaqdan idarə olunan operatorlar tərəfindən yönləndirilmişdi. Bu da göstərir ki, Tesla bu cür nümayişlər sahəsində artıq müəyyən təcrübəyə malikdir.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
