Tesla Robotaksiləri Austin küçələrində fəaliyyətə başlayıb
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Tesla sürücüsüz Robotaksi layihəsinin ilk sınaqlarını Austin, Texas şəhərində həyata keçirməyə başlayıb. Elon Musk Tesla Model Y-nin artıq heç bir sürücü və ya sərnişin olmadan şəhər yollarında hərəkət etdiyini təsdiqləyib. Bu, Tesla-nın hər hansı bir dəyişiklik etmədiyi Model Y avtomobilləri ilə həyata keçirdiyi sürücüsüz sınaqlardır.
Digər tərəfdən, Alphabet-in Waymo şirkəti bu sahədə illərdir ki, Jaguar I-Pace avtomobillərini ciddi dəyişikliklərə uğradaraq istifadə edirdi. Tesla bu sınaqların Austin şəhərində başladığını açıqlayaraq, öz Model Y avtomobillərini sürücüsüz işlətməyi mümkün edir.
Paylaş