Logo
    main-post-cover

    Tesla S və Tesla X modelləri tarix olur

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Tesla şirkəti Model S və Model X elektromobillərinin istehsalını dayandırmağa hazırlaşır. Elon Musk 2025-ci maliyyə ili üzrə keçirilən hesabat konfransında bildirib ki, gələn rübdən etibarən bu modellərin istehsalı “praktiki olaraq dayandırılacaq”.
        Musk-ın sözlərinə görə, Tesla artıq diqqətini tam şəkildə avtonom texnologiyalar və robotlara yönəldir. Şirkət açıqlayıb ki, mövcud ehtiyatlar bitənə qədər avtomobillər satışda qalacaq və istifadəçilərə uzunmüddətli texniki dəstək göstəriləcək.
        Model S 2012-ci ildən, Model X isə 2015-ci ildən istehsal olunurdu. Lakin son illərdə bu modellərə maraq xeyli azalıb. 2025-ci il ərzində Tesla 1,58 milyon Model 3 və Model Y satdığı halda, Model S və X satışları cəmi 418 min ədəd olub. Bundan əlavə, ABŞ-dən idxal olunduqları üçün Çinlə ticarət gərginliyi fonunda bu modellərin Çində satışı da 2025-ci ilin ortalarında dayandırılıb.
        Tesla Model S və X üçün ayrılmış Fremont zavodundakı istehsal sahəsini Optimus adlı humanoid robotların istehsalına çevirəcək. Musk bildirib ki, bu sahədə illik 1 milyon Optimus robotu istehsal etmək mümkün olacaq.
    Paylaş