
Tesla şirkəti Robotaxi layihəsinin təqdimatını anons edib
Nəqliyyat
03.09.2024
Emil
Tesla elan edib ki, o, 10 oktyabr tarixində Robotaxi adlı yeni layihəsini təqdim edəcək. Təqdimat Warner Bros. film studiyasının Kaliforniya ştatındakı Berbank şəhərində yerləşən ərazisində keçiriləcək. Qeyd etmək lazımdır ki, Robotaxi layihəsi şirkətin taksi xidməti göstərəcək tamamilə avtopilot sisteminə sahib elektromobilidir. Bu layihənin təqdimatı hələ avqust ayında baş tutmalı idi. Lakin daha sonra şirkət təqdimatı təxirə salmalı oldu. Robotaxi layihəsinin təqdim olunacağı məkan da qeyri-adidir. Belə ki, Tesla adətən öz yeni məhsullarını Texas ştatındakı Gigafactory zavodunda sərgiləyir. Gözləntilərə əsasən Robotaxi şirkətin elektromobil sifarişi ilə bağlı şəbəkəsinin bir hissəsinə çevriləcək. Bu şəbəkəyə həm adi elektromobillər həm də tamamilə avtopilot sisteminə sahib xüsusi elektromobillər daxil olmalıdırlar.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
