Logo
    main-post-cover

    Tesla Spring Update ilə sürücülərə yeni AI və təhlükəsizlik funksiyaları gətirir

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Tesla öz avtomobilləri üçün növbəti böyük proqram yeniləməsini elan edib. Şirkətin rəsmi paylaşımına əsasən, yaxın zamanda yayımlanacaq “Spring Update” paketinə həm süni intellekt funksiyaları, həm də sürücülər üçün praktik yeniliklər daxil ediləcək.
    Tesla spring update
        Yeniliyin ən diqqətçəkən hissələrindən biri tamamilə yeni Self-Driving tətbiqi olacaq. Bu tətbiq vasitəsilə istifadəçilər bir toxunuşla Tesla-nın Full Self-Driving (Supervised) xidmətinə abunə ola biləcəklər. Qeyd edək ki, şirkət artıq bu funksiyanı birdəfəlik satışdan çıxarıb və yalnız aylıq 99.99 dollar abunə modeli ilə təklif edir.
        Yeni tətbiq daxilində avtomobilin avtopilot davranışını detallı şəkildə tənzimləmək mümkün olacaq. Buraya sürət profilləri, təyinat nöqtəsinə çatdıqda avtomobilin davranışı, avtomatik park seçimləri və digər idarəetmə parametrləri daxildir. Bundan əlavə, sistem sürücüyə neçə kilometrin avtopilot rejimində qət edildiyini göstərən statistik məlumatlar da təqdim edəcək.
        Digər böyük yenilik isə Tesla avtomobillərinə xAI şirkətinin süni intellekt köməkçisi Grok-un inteqrasiyasıdır. İstifadəçilər artıq sadəcə “Hey Grok” deməklə səsli assistenti aktivləşdirə biləcəklər. Bu funksiya Grok parametrlərindən aktivləşdiriləcək və “goodbye” komandası ilə bağlana biləcək.
    Paylaş