
Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
Nəqliyyat
28.02.2024
Emil
Tesla şirkəti yeni nəsil Roadster idman elektromobilini hələ 2017-ci ilin sonunda təqdim etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, o, yeni nəsil Roadster-in satışlarına 2020-ci ildə start verməyi planlaşdırır. Lakin nəticədə bu, baş vermədi. İndi isə Tesla şirkətinin CEO-su Elon Musk bildirib ki, şirkət yeni nəsil Roadster-i artıq gələn il satışa çıxartmağı planlaşdırır. Musk bildirib ki, şirkət artıq yeni Roadster-in dizaynını hazırlayıb. Görünür, elektromobilin yeni dizaynı 2017-ci ildə baş tutmuş Roadster dizaynından bir qədər fərqlənəcək.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
