Logo
    main-post-cover

    Volvo avtomobili necə sürdüyünüzü qiymətləndirəcək

        Volvo sürücülərin avtomobili necə idarə etdiyini qiymətləndirən yeni Safety Coach tətbiqini istifadəyə verir. Sistem sürücünün əyləcdən istifadəsini, sürətlənməsini və döngələrdə davranışını analiz edərək ona təhlükəsizlik balı verəcək. Yüksək nəticə göstərən sürücülər isə daha ucuz avtomobil sığortası əldə edə biləcəklər. Safety Coach son iki həftə ərzində avtomobilin idarə olunması haqqında məlumatları təhlil edir. Sürücü istəsə, əldə etdiyi təhlükəsizlik balını sığorta şirkəti ilə paylaşa bilər. Bu məlumat əsasında sürücünün real avtomobil idarəetmə tərzinə uyğun fərdi sığorta qiyməti təklif oluna bilər.
    The Volvo Group reports preliminary financial results for the first quarter  of 2023
        Yeni xidmət ilk olaraq bu ay İsveç və Norveçdə istifadəyə veriləcək. Safety Coach əsasən 2020-ci model ilindən etibarən Google əsaslı multimedia sisteminə sahib Volvo avtomobillərində işləyəcək. Bunların arasında EX40, EC40, EX60, EX90, XC40, S60, XC60 və XC90 kimi modellər var. Daha sonra xidmətin ABŞ və digər Avropa ölkələrində də istifadəyə verilməsi planlaşdırılır. Sürücülərin qiymətləndirilməsi üçün istifadə olunan alqoritm avtomobil telematikası və yol təhlükəsizliyi texnologiyaları ilə məşğul olan Cambridge Mobile Telematics tərəfindən hazırlanıb. İsveç və Norveçdə təhlükəsiz sürücülərə sığorta təkliflərini isə Volvo ilə If P&C-nin tərəfdaşlığı olan Volvia təqdim edəcək.
    Paylaş