Logo
    main-post-cover

    Waymo robotaksiləri avtomagistrallardan çıxardı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Waymo robotaksilərinin avtomagistrallarda hərəkətini müvəqqəti dayandırıb. Şirkət bildirib ki, qərar San-Fransisko, Los-Anceles, Feniks və Mayami şəhərlərində tətbiq olunur və səbəb yol tikinti zonalarında sistemin çətinlik yaşamasıdır.
    US robotaxi group Waymo aims to launch in London by fourth quarter of 2026  | Reuters
        Şirkətin açıqlamasına görə, son texniki təcrübələr və əldə edilən nəticələr hazırda proqram təminatına inteqrasiya edilir. Bu proses tamamlandıqdan sonra avtomagistral marşrutlarının yenidən aktivləşdirilməsi planlaşdırılır. Hazırda isə Waymo robotaksiləri həmin şəhərlərdə adi şəhər küçələrində fəaliyyətini davam etdirir.
        Bu qərar Waymo-nun son aylarda üzləşdiyi digər problemlərdən sonra verilib. Şirkət daha əvvəl Atlanta və San-Antonio şəhərlərində də xidmətini müvəqqəti dayandırmışdı. Səbəb isə daşqın riski və robotaksilərin su basmış ərazilərdə hərəkəti ilə bağlı yaranan problemlər idi. Hətta bu həftə Atlantada bir Waymo avtomobilinin yolda ilişib qaldığı da müşahidə olunub.
        Bütün bunlar Waymo-nun sürətli genişlənmə planları fonunda baş verir. Şirkət 2026-cı ilin sonuna qədər həftədə 1 milyona yaxın ödənişli səfər həyata keçirməyi hədəfləyir. Bunun üçün isə yeni Zeekr əsaslı “Ojai” robotaksi modelinin yaxın aylarda istifadəyə verilməsi gözlənilir.
    Paylaş