Logo
    main-post-cover

    Waymo robotaksiləri Ostində 83 dəfə park qaydalarını pozdu

        Waymo-nun ABŞ-nin Texas ştatının Ostin şəhərində fəaliyyət göstərən robotaksi parkı 2024-cü ildən bəri park qaydalarının pozulmasına görə 83 cərimə alıb. The Wall Street Journal-ın şəhər rəhbərliyindən əldə etdiyi məlumatlara görə, bu cərimələrin ümumi məbləği 9 325 dollar təşkil edir.
    Waymo's Robotaxi Rollout is a Landmark Moment for Driverless Cars -  Bloomberg
        Ən diqqətçəkən məqam isə cərimələrin 64-nün "tow-away" zonalarında dayanmağa görə verilməsidir. Mütəxəssislər hesab edirlər ki, eyni tip pozuntunun bu qədər təkrarlanması təsadüfi deyil və Waymo-nun proqram təminatında sistemli bir səhvin olduğunu göstərir. Çünki eyni proqramdan istifadə edən bütün robotaksilər eyni səhvi təkrarlaya bilir. Qeydə alınan digər pozuntular arasında əlillər üçün ayrılmış parkinq yerində dayanmağa görə 519 dollarlıq cərimə, parkomat vaxtının bitməsi və ikinci cərgədə dayanma halları da var.
        Sürücüsüz avtomobillərin əsas fərqi ondan ibarətdir ki, qayda pozuntusu baş verdikdə avtomobili yerindən tərpətmək üçün sürücü olmur. Buna görə də şəhər sakinləri yalnız qayda pozuntusunu bildirə, bələdiyyə isə sonradan cərimə tətbiq edə bilir.
    Paylaş