Xiaomi artıq elektrikli krossover üzərində çalışır
Nəqliyyat
14.05.2024
Emil Nəcəfov
Xiaomi şirkəti mart ayının sonunda özünün SU7 adlı elektromobilinin satışlarına start verdi. Satışlara start veriləndən sonra satış göstəriciləri şirkətin gözləntilərindən də yuxarı olub. Belə ki, sözügedən elektromobil Çində alıcılar arasında çox məşhurdur. Elə bir vəziyyət yaranıb ki, hal-hazırda Xiaomi SU7-ni ön sifariş edəcək şəxs onu 8 aya kimi gözləməli olacaq. SU7 istehsalı ilə məşğul olan zavod yalnız iyun ayında aylıq 10 000-dən çox elektromobil istehsalı göstəricisinə çata biləcək. Bununla belə yeni məlumata əsasən Xiaomi daxilində artıq ikinci elektromobil üzərində işlərə start verilib.
Məlumatda qeyd edilib ki, şirkət ikinci elektromobilini krossover etmək istəyir və bu mövzuda Tesla Model Y ilə rəqabət aparmaq niyyətindədir. Bloomberg-in vermiş olduğu məlumata əsasən Xiaomi-nin öz elektrikli krossoveri nə zaman satışa çıxaracağı mövzusu Çinin BAIC şirkətinə məxsus istehsalat güclərinin nə zaman genişlənəcəyindən asılıdır. BAIC şirkətinin Pekindəki zavodu il ərzində 150 000 avtomobil istehsal etmək üçün nəzərdə tutulub.
Lakin şirkət illik 100 000 ədəd avtomobil istehsalı göstəricisinə hələ bu ilin sonunda çatmalıdır. Bəzi məlumatlara əsasən Xiaomi-nin üçüncü elektromobili SU7-nin daha ucuz qiymətə satılacaq versiyası olacaq və şirkət bu mövzuda 20 000$ satış kateqoriyasına istiqamətlənəcək. Xiaomi SU7 istehsalının genişlənmə tempini nəzərə alsaq, şirkətin Tesla Model Y-a bənzəyəcək elektrikli krossoverinin kütləvi istehsalına 2025-ci ilin sonunda start verilə bilər. Qeyd etmək lazımdır ki, Xiaomi-nin CEO-su Lei Jun hələ 2021-ci ildə bildirmişdi ki, şirkət elektrikli krossoverin istehsalını planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
Xiaomi-nin POCO brendi dünən POCO F6 subflaqman smartfonunun təqdimatını anons etdi.
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
POCO F6 subflaqman smartfonun təqdimatı anons edilib
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi-nin POCO brendi sonunda POCO F6 smartfonunun təqdimatını anons edib.
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib
Xiaomi şirkəti hal-hazırda ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir.
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
Xiaomi şirkəti bu ilin ikinci yarısında Xiaomi 15 smartfon seriyasını təqdim edəcək.
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il öz yeni qatlana bilən smartfonlarını təqdim edəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!